6 oktyabr 2024. Bazar günü

Kantenin komanda yoldaşı olacaq?


  • Transfer
  • 10:58 08.07.2024
  • Oxunma sayı: 104
Kantenin komanda yoldaşı olacaq?

"Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı qolkiperin xidmətində Səudiyyə Ərəbistanı çempionatının təmsilçilərindən biri maraqlıdır. Söhbət "Əl-İttihad"dan gedir. Klub rəhbərliyi ispaniyalıya sərfəli pul təklifi edib.

Ötən mövsüm Arrizabalaqa "Real Madrid"də icarə əsasında çıxış edib. Qapıçı 20 matçda iştirak edib, 18 qol buraxıb. Səkkiz görüşdə qapıçı qapını təmiz saxlayıb. Qapıçının transfer qiyməti 12 milyon avro qiymətləndirilir.







Transfer