6 oktyabr 2024. Bazar günü

"Çelsi" yeni hücumçu tapıb


  • Transfer
  • 13:55 08.07.2024
  • Oxunma sayı: 92
"Çelsi" yeni hücumçu tapıb

Hüquqları Dortmund "Borussiya"sına məxsus olan almaniyalı hücumçu Kərim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, “Çelsi” klubu 22 yaşlı futbolçunun transferində maraqlıdır.

Adeyeminin potensial transferinin 28 milyon avroya başa gələcəyi təxmin edilir.

"Bumblebees" və Kərim arasında mövcud əmək müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. Son Bundesliqada forvard 21 oyun keçirib. Adeyeminin üç qol və bir məhsuldar ötürməsi var.







Transfer