6 oktyabr 2024. Bazar günü

"Real" və "Arsenal" futbolçularını dəyişdirə bilər


  • Transfer
  • 14:12 08.07.2024
  • Oxunma sayı: 86
"Real" və "Arsenal" futbolçularını dəyişdirə bilər

"Real Madrid" müdafiəçi Naço Fernandes üçün əvəzedici axtarır.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki,  “kral” klubu Fransa millisinin və “Arsenal”ın müdafiəçisi Uilyam Salibi heyətinə qatmaq niyyətindədir.

Los Blancos hücumçusu Rodriqonu fransız futbolçu ilə dəyişməyə hazırdır. Eyni zamanda, topçular əlavə məbləğ ödəməli olacaqlar, çünki braziliyalının qiyməti Salibanın qiymətini üstələyir.

Uilyam hazırda 2024-cü il Avropa çempionatında Fransa millisinin heyətində çıxış edir. Turnirin yarımfinalında “üçrənglilər” İspaniya ilə qarşılaşacaq.







Transfer