4 iyul 2026. Şənbə

"Jirona" "Mançester Yunayted"in futbolçusunu istəyir


  • Transfer
  • 15:18 08.07.2024
  • Oxunma sayı: 173
"Jirona" "Mançester Yunayted"in futbolçusunu istəyir

Niderlandlı yarımmüdafiəçi Donni van de Bek İspaniya çempionatında çıxış edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O "Jirona"nın "Mançester Yunayted"in futbolçusunu transfer etməkdə maraqlı olduğunu və yaxın günlərdə tərəflər yarımmüdafiəçinin transferi ilə bağlı danışıqların son mərhələsini keçirəcəyini qeyd edib.

Bundan sonra 27 yaşlı futbolçu tibbi müayinədən keçəcək və müqaviləyə qol çəkəcək.

Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında Frankfurt “Ayntraxt”ında çıxış edib. Yarımmüdafiəçi on matçda iştirak edib və sarı vərəqə alıb. Onun bazar dəyəri beş milyon avro qiymətləndirilir.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır