6 oktyabr 2024. Bazar günü

"Barselona" Levandovskini bu ulduzla əvəz edir


  • Transfer
  • 15:54 08.07.2024
  • Oxunma sayı: 95
"Barselona" Levandovskini bu ulduzla əvəz edir

"Mançester Yunayted"in hücumçusu Markus Reşford "Barselona"da çıxış edə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "blauqrana" 26 yaşlı ingilis futbolçunu polşalı mərkəz hücumçusu Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.

Markusun transfer qiyməti 60 milyon avro olaraq qiymətləndirilir. Onun müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Ötən mövsüm Reşford zəif çıxış etdi. Hücumçu İngiltərə çempionatında 33 matçda iştirak edib və bu matçlarda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.







Transfer