6 oktyabr 2024. Bazar günü

Fransa klubundan A Seriyasına


  • Transfer
  • 15:56 08.07.2024
  • Oxunma sayı: 79
Fransa klubundan A Seriyasına

İtaliyanın "Roma" klubu "Renn"in yarımmüdafiəçisi Enzo le Fenin transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az "Football Italia"ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu tezliklə “canavarlar”ın heyətinə qoşulacaq.

“Roma” “Renn”lə təzminat məbləğini razılaşdırıb, ona görə də müqavilə son mərhələyə yaxınlaşır.

Paytaxt klubunun baş məşqçisi Daniele de Rossi "Renn"in yarımmüdafiəçisində böyük potensial görür.

Transfermarkt Enzonun bazar dəyərini 18 milyon avro qiymətləndirir. Fransa çempionatının son buraxılışında yarımmüdafiəçi 25 matçda 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi əvvəllər Fransanın digər klubu "Lorient"də çıxış edib.







Transfer