6 oktyabr 2024. Bazar günü

"MY" PSJ-nin futbolçusu ilə danışıqlar aparır


  • Transfer
  • 17:37 08.07.2024
  • Oxunma sayı: 95
"MY" PSJ-nin futbolçusu ilə danışıqlar aparır

“Mançester Yunayted” komandanı gücləndirmək üçün çalışır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O "qırmızı şeytanlar"ın  yarımmüdafiəçi Manuel Uqarta üçün PSJ ilə danışıqları davam etdirdiyini qeyd edib.

Qeyd olunur ki, 23 yaşlı Uqarte bu yay "Mançester Yunayted"ə keçmək istəyir. Yarımmüdafiəçi hazırda Amerika Kubokunda Uruqvay millisində çıxış edir. Nüfuzlu Transfermarkt portalının ekspertləri Manuel Uqarteni 45 milyon avro qiymətləndirirlər. Uruqvaylı futbolçu Lissabonun "Sportinq"indən keçdikdən sonra ötən ilin yayından PSJ-nin şərəfini qoruyur.







Transfer