- Transfer
- 21:53 26.11.2024
Yarımmüdafiəçi İvan Rakitiç yeni klubu bəlli olub.
90deqiqe.Az "Sportske Novosti"yə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu yaxın vaxtlarda Xorvatiyanın "Hayduk" klubu ilə müqaviləsi bağlayacaq.
Qeyd edək ki, Cennaro Qattuzo bu yaxınlarda “Hayduk”un baş məşqçisi olub. Bir sözlə, İvan Rakitiç vaxtilə məşhur olan futbolçunun rəhbərliyi altında çıxış edəcək. Cari təqvim ilinin yanvarından İvan Rakitiç Səudiyyə Ərəbistanında "Əl-Şabab"ın heyətində çıxış edir. Yarımmüdafiəçi əvvəllər Avropada "Sevilya", "Barselona", "Şalke" və "Bazel" kimi komandalarda çıxış edib.