6 oktyabr 2024. Bazar günü

"Borussiya" milli üzvü ilə gücləndi


  • Transfer
  • 21:22 08.07.2024
  • Oxunma sayı: 95
"Borussiya" milli üzvü ilə gücləndi

Dortmund "Borussiya"sı Almaniya millisinin müdafiəçisi Valdemar Antonun transfer edib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Ştutqart"dan olan yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalayıb.  "Borussiya" klubu bu transfer üçün 22,5 milyon avro ödəyib.

Qeyd edək ki, Anton 1996-cı ildə Özbəkistanda doğulub, lakin uşaq ikən Almaniyaya köçüb. "Hannover" klub akademiyasının məzunudur, 2020-ci ilin yayında dörd il oynadığı "Ştutqart"a keçib. Ötən mövsüm Anton Bundesliqanın gümüş mükafatçısı olub.







Transfer