6 oktyabr 2024. Bazar günü

"Atletiko Madrid" argentinalı qapıçı transfer edir


  • Transfer
  • 21:27 08.07.2024
  • Oxunma sayı: 90
"Atletiko Madrid" argentinalı qapıçı transfer edir

PSV-nin qapıçısı Valter Benites karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O Madrid klubu nunartıq 31 yaşlı qolkiperin mümkün transferi ilə bağlı PSV ilə danışıqlara başladığını qeyd edib.

Qeyd edək ki, argentinalı oyunçu 2022-ci ilin yayından Hollandiya komandasında çıxış edir. Ötən mövsüm bütün turnirlər daxil olmaqla 46 matçda meydana çıxan qapıçı 38 qol buraxıb və 20 dəfə qapısını toxunulmaz saxlaya bilib. Benitesin PSV ilə əmək müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun dəyəri 13 milyon avrodur.







Transfer