6 oktyabr 2024. Bazar günü

"Zenit"i "Flamenqo"ya dəyişir


  • Transfer
  • 21:30 08.07.2024
  • Oxunma sayı: 100
"Zenit"i "Flamenqo"ya dəyişir

"Zenit"in yarımmüdafiəçisi Klaudinyo karyerasını vətənində davam etdirə bilər.

90deqiqe.Az "Globo"ya istinadən xəbər verir ki,  27 yaşlı futbolçunun xidmətində "Flamenqo" klubu maraqlıdır. Braziliya klubunun prezidenti Markos Braz bu məlumatı təsdiləyib. 

"Biz həqiqətən bu oyunçuya maraq göstəririk, bu transferi nəzərdən keçiririk".

2023/24 mövsümündə Klaudinyo bütün turnirlərdə 43 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Əlavə edək ki, braziliyalının "Zenit"lə müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt mütəxəssisləri Klaudinyonun dəyərini 18 milyon avro qiymətləndirir.







Transfer