6 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubu Kyeza uğrunda mübarizəyə qoşulub


  • Transfer
  • 21:39 08.07.2024
  • Oxunma sayı: 104
Premyer Liqa klubu Kyeza uğrunda mübarizəyə qoşulub

"Yuventus"un yarımmüdafiəçisi Federiko Kyeza "Aston Villa"nın diqqət mərkəzinə düşüb.

90deqiqe.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki,  Premyer Liqa klubu 26 yaşlı futbolçunun transferi üçün yarışa qoşulub.

Birmingem klubu artıq maraqlı təkliflə futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, "Aston Villa" gələn mövsüm İngiltərəni Çempionlar Liqasında təmsil edəcək. Birmingem komandası Premyer Liqada dördüncü yeri tutaraq qitənin əsas klub turnirinə vəsiqə qazanıb. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 26 yaşlı Federiko Kyezanı 35 milyon avro dəyərində qiymətləndirirlər.







Transfer