6 oktyabr 2024. Bazar günü

"Atletiko" Saulla bağlı qərar verib


  • Transfer
  • 21:57 08.07.2024
  • Oxunma sayı: 99
"Atletiko" Saulla bağlı qərar verib

Yarımmüdafiəçi Saul Niqes yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, "Atletiko" Saulun artıq klubun planlarında olmadığına qərar verib. İspan futbolçu ilə "Sevilya" klubu maraqlanır.

29 yaşlı futbolçu Əndəlus klubu ilə müqavilə imzalamağa yaxındır.

Saul Niqesi nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 7,5 milyon avro qiymətləndirirlər. "Atletiko"nun heyətində yarımmüdafiəçi 427 rəsmi oyuna çıxıb, bu oyunda 48 qol vurub və komanda yoldaşlarına 26 məhsuldar ötürmə edib.







Transfer