6 oktyabr 2024. Bazar günü

"Çelsi"dən "Mançester Yunayted"ə


  • Transfer
  • 22:13 08.07.2024
  • Oxunma sayı: 103
"Çelsi"dən "Mançester Yunayted"ə

"Çelsi"nin müdafiəçisi Ben Çilvell yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı şeytanlar”ın rəhbərliyi ingilis futbolçunu son vaxtlar çox zədələnən Lyuk Şou ilə rəqabət aparmaq üçün futbolçu almaq istəyir.

Ötən mövsüm Çilvell bütün yarışlarda 21 matçda iştirak edib və bir məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə hazırkı əmək müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalı müdafiəçinin dəyərini 28 milyon avro qiymətləndirir.







Transfer