6 oktyabr 2024. Bazar günü

"Milan"ın təklifini bəyənmədi


  • Transfer
  • 22:48 08.07.2024
  • Oxunma sayı: 99
"Milan"ın təklifini bəyənmədi

"Tottenhem"in müdafiəçisi Emerson Royal karyerasını "Milan"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki,  "Tottenhem" "Milan"ın 15 milyon avroluq təklifini rədd edib, lakin milanlılar bununla kifayətlənmək fikrində deyillər. İtaliya klubu braziliyalı fubolçu təklifi 20 milyon avroya yüksəldib. Bu həftə yeni danışıqların başlayacağı gözlənilir.

Ötən mövsüm 25 yaşlı futbolçu bütün turnirlərdə 24 oyun keçirib və 1 qol vurub. Emersonun "Tottenhem"lə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.







Transfer