14 iyun 2025. Şənbə

Adrian sabiq klubuna qayıtdı


  • Transfer
  • 23:02 08.07.2024
  • Oxunma sayı: 128
Adrian sabiq klubuna qayıtdı

İspaniyalı qapıçı Adrian San Migel karyerasını “Betis” klubunda davam etdirəcək.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qolkiper yeni klubu ilə iki illik müqavilə imzalayıb.

"Betis" Adrian üçün sadəcə klub deyil, o, böyüklər futboluna ilk addımlarını atdığı yerdir. Sevilyada doğulan və "Betis"in yetirməsi olan ispaniyalı 2013-cü ilə qədər yerli komandasında olub, sonra İngiltərə Premyer Liqasını fəth edib. O, 2019-cu ilə qədər Londonun “Vest Hem”ində çıxış edib, sonra isə beş il “Liverpul”un oyunçusu olub.

 







Transfer