22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Yunayted"i "Marsel"ə dəyişəcək


  • Transfer
  • 23:52 08.07.2024
  • Oxunma sayı: 108
"Mançester Yunayted"i "Marsel"ə dəyişəcək

Ötən mövsüm "Xetafe"də icarə əsasında çıxış etmiş "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud karyerasını "Marsel"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O “qırmızı şeytanlar” futbolçunu almaq öhdəliyi ilə icarəyə razılaşdığını, müqaviləyə böyük bir satış bəndini daxil etməklə yanaşı futbolçunun gələcək transferlərin 40%-50%-i arasında pay sahibi olmaqla birlikdə təklifi qəbul edəcəyini Fransa klubuna təklifinə cavab olaraq göndərdiyini qeyd edib.

Xatırladaq ki, ötən mövsüm Qrinvud bütün turnirlərdə 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.







Transfer