4 iyul 2026. Şənbə

"Mançester Yunayted"in istədiyi futbolçu qərarını verdi


  • Transfer
  • 16:28 09.07.2024
  • Oxunma sayı: 174
"Mançester Yunayted"in istədiyi futbolçu qərarını verdi

"Bavariya"nın mərkəz müdafiəçisi Matteys de Liqt rəhbərliyinə "Mançester Yunayted"ə keçmək istədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O niderlandlı futbolçunun artıq son seçimini etdiyini və əvvəllər "Ayaks"da işlədiyi keçmiş məşqçisi Erik ten Hag ilə yenidən birləşmək perspektivindən məmnun olduğunu qeyd edib. "Mançester Yunayted" "Bavariya" ilə təzminatla bağlı razılığa gəlməyə çalışır.

Yada salaq ki, de Liqt 2022-ci ilin yayında “Yuventus”dan Münhenə keçsə də, start heyətində möhkəm dayana bilməyib. 24 yaşlı futbolçu son Almaniya çempionatında 2 qol vurub.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır