- Transfer
- 22:00 05.12.2025
Real'ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beylin "Audi kuboku"nda "Tottenhem"lə oyun üçün sifariş vərəqəsində olmamasının səbəbini açıqlayıb.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bununları deyib: "Beyl getmədi, çünki o formada deyil. Biz həkimlərlə məsləhətləşdik. Beyl üçün ən yaxşısı Madriddə qalmaq idi. Orada məşq edir. Bu, oyunçunun, həkimlərin və məşqçi heyətinin birgə qərarı idi".
Qeyd edək ki, Beylin Çin klubu ilə danışıqlar apardığı üçün heyətə daxil edilmədiyi iddia edilirdi.