- Transfer
- 18:40 23.11.2024
MLS təmsilçilərindən "Atalanta" rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukun transferi üçün A Seriya təmsilçisi "Atalanta"ya 10 milyon avro təklif edib.
90deqiqe.Az xəbər verir ki, MLS klubu Mirançukun özünə təxminən 3 milyon avro maaşla dörd illik müqavilə təklif edib.
Ötən mövsüm Mirançuk bütün turnirlərdə 42 matçda iştirak edib və bu matçlarda 4 qol vurub, 12 məhsuldar ötürmə edib. Ümumilikdə yarımmüdafiəçi meydanda 1851 dəqiqə keçirib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.
Xatırladaq ki, “Atlanta” MLS-də çıxış edir.