- Transfer
- 18:40 23.11.2024
"Fulhem"in yarımmüdafiəçisi Joao Paqlinya karyerasını Almaniyada davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, müqavilə artıq bir neçə gün əvvəl razılaşdırılıb, futbolçu Münhen komandası üçün tibbi müayinədən keçib.
"Bavariya" portuqaliyalı futbolçu ilə müqavilə imzalamağı çərşənbə günü tamamlayacaq, çünki yarımmüdafiəçinin həmin gün Münhenə uçuşu var.
Bu keçid "Bavariya"ya təxminən 55 milyon avroya başa gəlib.
Joao Paqlinya 2022-ci ilin yayından "Fulhem"də çıxış edir. Ötən mövsüm portuqaliyalı yay sakinləri üçün Premyer Liqada 33 oyun keçirərək 4 qol vurub.