22 oktyabr 2024. Çərşənbə axşamı

Aleksis Sançes yenidən Fransaya qayıdır


  • Transfer
  • 00:35 10.07.2024
  • Oxunma sayı: 111
Aleksis Sançes yenidən Fransaya qayıdır

"İnter"lə yollarını ayırdıqdan sonra hücumçu Aleksis Sançes özünə yeni klub axtarır.

90deqiqe.Az xəbər verir ki, onun 2022-2023-cü illərdə formasını geyindiyi “Marsel” 35 yaşlı futbolçunu transfer etmək imkanını nəzərdən keçirir.

Beləliklə, forvard iki il əvvəlki komandasındakı çıxışı təkrarlaya bilər.

Çilili "neradzurri" ilə iyulun 1-də başa çatan müqaviləsini yeniləməyibAleksis Sançes ötən mövsüm "İnter"in heyətində 33 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. 2022/23 mövsümündə "Marse"ldə çıxış edən Sançes 44 görüşdə 18 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer