22 oktyabr 2024. Çərşənbə axşamı

"Real"ın sabiq futbolçusu İspaniyaya qayıdır


  • Transfer
  • 00:58 10.07.2024
  • Oxunma sayı: 117
"Real"ın sabiq futbolçusu İspaniyaya qayıdır

"San Paulo"nun yarımmüdafiəçisi Xames Rodriqes karyerasını yenidən İspaniyada davam etdirə bilər.

90deqiqe.Az "ElNacional"ə istinadən xəbər verir ki, "Atletiko Madrid" kolumbiyalı fubolçunu transfer etməyi nəzərdən keçirir.

“Döşək istehsalçıları hücumameyilli yarımmüdafiəçini Madridə qaytarmağa razı salacaqları təqdirdə "San-Paulu"ya təxminən 5 milyon avro ödəməli olacaqlar.

32 yaşlı oyunçu son illərdə klub səviyyəsində özünü çox parlaq göstərməsə də, hazırkı Amerika Kubokunda Kolumbiya millisində parlayır - dörd matçda bir qol vurub və beş məhsuldar ötürmə edib. Xatırladaq ki, 2014-cü ildə “Real Madrid” Rodrigesi “Portu”dan 75 milyon avroya almışdı. Altı il sonra futbolçu azad agent kimi İngiltərənin Everton klubuna keçdi.







Transfer