- Transfer
- 18:40 23.11.2024
"Barselona"nın rəhbərliyi yay transfer pəncərəsində yarımmüdafiəçi Rafinya ilə ayrılmağa hazırdır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Athletic”in jurnalistləri məlumat yayıb. Mənbənin məlumatına görə, “mavi qranatlar” braziliyalı futbolçu üçün təxminən 60 milyon avro təklif etsələr, onunla ayrılacaqlar. Səudiyyə Ərəbistanı çempionatının klubları Rafinhanın xidmətinə maraq göstərir.
Rafinya 2022-ci ilin yayından Kataloniya komandasında çıxış edir. Ötən mövsüm braziliyalı İspaniya çempionatında 28 matçda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.