- Transfer
- 01:36 15.08.2026
Almaniya millisinin sabiq futbolçusu Andre Şürrle karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Corner.az “Sport-ekpsress”ə istinadən xəbər verir ki, “Spartak” klubu 29 yaşlı yarımmüdafiəçini transfer edib. Dünən Moskvaya gedən Şürrle tibbi müəyinədən keçib. Transferin bu gün rəsmən açıqlanacağı gözlənilir.
Almaniyalı futbolçu yeni klubunda 20 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Şürrle ötən mövsüm İngiltərənin “Fulham” komandasında oynayıb (25 matç, 6 qol).