22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Yunayted"i La Liqa klubuna dəyişdi


  • Transfer
  • 12:47 10.07.2024
  • Oxunma sayı: 101
"Mançester Yunayted"i La Liqa klubuna dəyişdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beek karyerasını İspaniyada davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, "Jirona" klubu niderlandlı yarımmüdafiəçinin transferini rəsmiləşdirib. "Ağ-qırmızılar” tezliklə Donni van de Beeklə müqavilə imzalayacaq. Transfer məbləğinin 400 min avro olacağı bildirilir. Müqavilədə 4-5 milyon avro təşkil edən təzminat nəzərdə tutulur. Van de Beek La Liqa klubunda müəyyən hədəflərə çatarsa, "Mançester Yunayted" əlavə 15 milyon qazanacaq.

Xatırladaq ki, ötən mövsüm Van de Beek yanvarda icarə əsasında “Ayntraxt Frankfurt”a keçsə də, Bundesliqada özünü sübut edə bilməyib. Alman klubu yarımmüdafiəçini daimi olaraq almaqdan imtina edib.







Transfer