23 oktyabr 2024. Çərşənbə

"Napoli" onunla gücləndi


  • Transfer
  • 16:01 10.07.2024
  • Oxunma sayı: 99
"Napoli" onunla gücləndi

"Napoli" müdafiəçi Leonardo Spinazzola ilə müqavilə imzalayıb.

90deqiqe.Az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Napoli" 31 yaşlı Spinazzola ilə müqavilənin şərtlərini açıqlamayıb. Mətbuat bildirir ki, təcrübəli futbolçunun əmək müqaviləsi iki mövsüm - 2026-cı ilin ortalarına qədər qüvvədədir.

Əvvəlki beş mövsüm ərzində bu futbolçu “Roma”da çıxış edib. Leonardo Spinazzola İtaliya millisində 24 oyun keçirib. Onlarda futbolçu altı məhsuldar ötürmə edib. Qeyd edək ki, son İtaliya çempionatında “Napoli” onuncu yeri tutub.







Transfer