22 oktyabr 2024. Çərşənbə axşamı

"Aston Villa"nı "Vasko da Qama"ya dəyişdi


  • Transfer
  • 19:53 10.07.2024
  • Oxunma sayı: 103
"Aston Villa"nı  "Vasko da Qama"ya dəyişdi

"Aston Villa" hücumameyilli yarımmüdafiəçi Filip Koutinyonu icarəyə göndərib.

90deqiqe.Az xəbər verir ki, 32 yaşlı braziliyalı futbolçu icarə əsasında doğma klubu "Vasko da Qama"ya keçib. Müqavilə bir mövsümlükdür.

Qeyd edək ki, Koutinyo ötən mövsüm də Qətərin “Əl-Duhail”ində icarə əsasında çıxış edib.

Avropada Filipp Koutinyo bir sıra klublarda, xüsusən də “Liverpul” və “Barselona”da çıxış edib. Qeyd edək ki, braziliyalının Aston Villa ilə 2025/2026 mövsümünün sonuna qədər müqaviləsi var.







Transfer