- Transfer
- 18:40 23.11.2024
“Krasnodar” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, Rusiya klubunun müdafiəçi Junior Alonso karyerasını “Atletiko Mineyro”da davam etdirəcək. Braziliya klubu 31 yaşlı futbolçunun transfer hüquqlarını “Krasnodar”dan alıb.
Alonso “Krasnodar”ın heyətində 54 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə verib.
Daha əvvəl "Bulls" təcrübəli yarımmüdafiəçi Yuri Qazinskinin geri qayıtdığını açıqlamışdı.