22 oktyabr 2024. Çərşənbə axşamı

"Real"ın qapıçısı "Liverpul"a keçə bilər


  • Transfer
  • 22:37 10.07.2024
  • Oxunma sayı: 106
"Real"ın qapıçısı "Liverpul"a keçə bilər

"Real Madrid"in və Ukrayna millisinin qapıçısı Andrey Lunin karyerasını "Liverpul"da davam etdirə bilər.

90deqiqe.Az "teamTALK "a istinadən xəbər verir ki, qapıçı skauzerlərin transfer hədəfinə çevrilib. "Liverpul"un hazırkı qapıçısı Alison Becker Səudiyyə Ərəbistanında oynamaq üçün ayrıla bilər və o, ayrılacağı təqdirdə, klub Lunini transfer etmək üçün hərəkətə keçəcək. Bildirilir ki, “Liverpul”da “bir nömrə”yə namizədlər siyahısında Gürcüstan və “Valensiya” millisinin futbolçusu Giorgi Mamardaşvilinin də adı var.

Ukraynalı qolkiperin "Real"la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Xatırladaq ki, Lunin ötən mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, onlardan 12-də qapını təmiz saxlayıb. Nüfuzlu Transfermarkt portalı onu 25 milyon avro qiymətləndirir.







Transfer