23 oktyabr 2024. Çərşənbə

"Zirə"nin rəqibi qanalı futbolçu ilə gücləndi


  • Transfer
  • 12:08 11.07.2024
  • Oxunma sayı: 79
"Zirə"nin rəqibi qanalı futbolçu ilə gücləndi

"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) qanalı futbolçu transfer edib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi Nana Kvame Boakye ilə müqavilə imzalayıb.

Qananın U-20 millisinin üzvü bu gün baş tutacaq "Zirə" ilə oyunda debüt edə bilər. Futbolçu indiyədək karyerasını vətənində yeniyetmə və gənclərdən ibarət komandalarda keçirib. Bu, onun ilk peşəkar müqaviləsidir.

Qeyd edək ki, bu gün Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşacaq "Şerif" - "Zirə" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.







Transfer