- Transfer
- 18:40 23.11.2024
"Fulhem"in yarımmüdafiəçisi Joao Paqlinya "Bavariya"ya keçidi rəsmiləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Münhen klubu portuqaliyalı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Ötən mövsüm 29 yaşlı futbolçu “Fulhem”in heyətində 39 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 55 milyon avro qiymətləndirir.
"Bavariya" son mövsümü bir dəfə də olsun kubok qazana bilməyib. Almaniya çempionatının turnir cədvəlində Münhen komandası üçüncü yerdə qərarlaşıb.