28 noyabr 2024. Cümə axşamı

Milli komanda baş məşqçisiz qaldı


  • Transfer
  • 13:57 11.07.2024
  • Oxunma sayı: 86
Milli komanda baş məşqçisiz qaldı

2024-cü il Amerika Kubokuna ev sahibliyi edən ABŞ yığması baş məşqçisi Qreq Berhalteri  istefaya göndərib.

90deqiqe.Az-ın məlumatına görə,  bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

Amerika Kubokunda Uruqvay, Panama və Boliviya ilə C qrupunda yer alan ABŞ milli komandası 2 məğlubiyyət və 1 qələbə qazanıb. Qrupu 3 xalla 3-cü pillədə başa vuran meydan sahibləri turnirlə erkən vidalaşıb.

Berhalter 2018-2022-ci illər arasında çalışdırdığı milli komandadan barəsində aparılan istintaq səbəbilə 6 ay müddətinə uzaqlaşdırılıb və 2023-cü ilin avqustunda yenidən vəzifəsinə qayıdıb.







Transfer