22 oktyabr 2024. Çərşənbə axşamı

“Mançester Siti” Kanselonu bu qiymətə satmağa hazırdır


  • Transfer
  • 16:10 11.07.2024
  • Oxunma sayı: 79
“Mançester Siti” Kanselonu bu qiymətə satmağa hazırdır

"Mançester Siti" "Barselona"nın transfer hədəfi olan sağ cinah müdafiəçisi Joao Kanseloya qiymətini açıqlayıb.

90deqiqe.Az " Barca Universal"a istinadən xəbər verir ki, "Mançester Siti" Kanselonu 20 milyon avrodan aşağı qiymətə satmağa hazırdır.

"Şəhərlilər" rəhbərliyi mövsümöncəsi məşq başlamamış portuqaliyalıdan yaxa qurtarmaq istəyir və futbolçunu almaq şərti ilə icarəni qəbul etməyə hazırdı, lakin “Barselona” belə bir müqavilədə maraqlı deyil.

Yarışda Joaonun keçmiş klubu "Yuventus"da iştirak edir.

Xatırladaq ki, portuqaliyalı ötən mövsüm kataloniyalılarda icarə əsasında çıxış edib.







Transfer