22 oktyabr 2024. Çərşənbə axşamı

PSJ "Napoli"nin iki ulduzu üçün 200 milyon avro təklif edib


  • Transfer
  • 17:15 11.07.2024
  • Oxunma sayı: 79
PSJ "Napoli"nin iki ulduzu üçün 200 milyon avro təklif edib

PSJ heyətini iki yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

90deqiqe.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, parislilər iki ulduz futbolçu - hücumameyilli yarımmüdafiəçi Xviça Kvaratsxeliya və hücumçu Viktor Osimhen üçün "Napoli"yə 200 milyon avro təklif edib.

Neapol klubu 25 yaşlı Osimheni satmağa hazır olduğu üçün təklifin az olması səbəbi ilə rədd edib.

A Seriya klubu 23 yaşlı Kvaratsxeliyanı saxlamağı planlaşdırır.







Transfer