- Transfer
- 17:52 22.10.2024
Ötən mövsüm "Bolonya"da yüksək səviyyəli oyun nümayiş etdirən hücumçu Coşua Zirkzee "Mançester Yunayted"ə keçidi yaxınlaşır.
90deqiqe.Az "Transfer News Live"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” artıq niderlandlı forvard ilə 5 illik müqaviləyə razılaşıb.
Premyer Liqa klubu 23 yaşlı forvardı 40 milyon avroya almaq variantını aktivləşdirməyə hazırdır. Eyni zamanda, Zirkzee Mançesterə uçmağa hazırlaşır. Müqavilə bağlanmazdan əvvəl hollandiyalı futbolçu tibbi müayinədən keçəcək.