23 oktyabr 2024. Çərşənbə

"Vest Hem" "Aston Villa"nın forvardını istəyir


  • Transfer
  • 20:10 11.07.2024
  • Oxunma sayı: 116
"Vest Hem" "Aston Villa"nın forvardını istəyir

"Aston Villa"nın hücumçusu Con Durant karyerasını "Vest Hem"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O "çəkiclilər"in oyunçunu almaq imkanını nəzərdən keçirdiyini qeyd edib.

Durandın "Aston Villa" ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Ötən mövsüm 20 yaşlı Duran bütün turnirlər də daxil olmaqla 37 matçda iştirak edib və 8 qol vurub. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, forvardın qiyməti 20 milyon avrodur.







Transfer