- Transfer
- 21:53 26.11.2024
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp ABŞ millisində çalışmayacaq.
90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı bu təklifdən imtina edib.Bu imtinaya səbəb Kloppun bir müddət məşqçiliyə fasilə vermək qərarına gəlməsidir.
Daha əvvəl Amerika komandasının 57 yaşlı alman mütəxəssisə iş təklifi etdiyi iddia olunurdu.
Kloppun son klubu 2015-ci ildən rəhbərlik etdiyi "Liverpul" olub. Ötən mövsüm başa çatdıqdan sonra mütəxəssis əmək müqaviləsini yeniləməmək qərarına gəlib və klubdan ayrılıb.
Qeyd edək ki, 2026-cı ildə ABŞ, Meksika və Kanada ilə birlikdə dünya çempionatına ev sahibliyi edəcək.