22 oktyabr 2024. Çərşənbə axşamı

Fransa klubu gürcü futbolçu transfer etdi


  • Transfer
  • 21:53 11.07.2024
  • Oxunma sayı: 116
Fransa klubu gürcü futbolçu transfer etdi

Fransa Liqa 1-də çıxış edən "Sent-Etyen" klubu heyətinə yeni futbolçu cəlb edib.

90deqiqe.Az xəbər verir ki, Fransa klubu Gürcüstan millisinin cinah oyunçusu Zuriko Davitaşvilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı oyunçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Zurikonun əvvəlki klubu "Bordo" olub və o, hazırda Fransa ikinci divizionunda çıxış edir. Bu mövsüm gürcü hücumçu 8 qol vurub, 9 məhsuldar ötürmə edib. Xatırladaq ki, “Sent-Etyen” “Mets”lə pley-off mərhələsinin nəticəsi olaraq qarşıdakı mövsümdə yenidən Fransa futbolunun yüksək divizionunda oynamaq hüququ qazanıb.







Transfer