23 oktyabr 2024. Çərşənbə

Rusiya klubları onu istəyir


  • Transfer
  • 22:02 11.07.2024
  • Oxunma sayı: 121
Rusiya klubları  onu istəyir

"Ferençvaros"un cinah oyunçusu Markinyos Rusiya Premyer Liqasına keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Uilson Pimentela "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 24 yaşlı futbolçuya "Spartak", "Dinamo" və "Lokomotiv"dən təkliflər gəldiyini qeyd edib. "Ferençvaros" isə Markinyosun satışından beş milyon avro qazanmaq istəyir. Hazırda danışıqlarda daha bir mövsüm uzatma imkanı ilə 4 illik əmək müqaviləsi təklif edən "Spartak" üstündür.

Ötən mövsüm Marquinhos bütün yarışlarda 48 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.







Transfer