22 oktyabr 2024. Çərşənbə axşamı

"Arsenal" onu yenə icarəyə göndərdi


  • Transfer
  • 23:47 11.07.2024
  • Oxunma sayı: 102
"Arsenal" onu yenə icarəyə göndərdi

 "Arsenal" klubunun yarımmüdafiəçisi Albert-Mboyo Lokonqa karyerasını "Sevilya"da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O Əndəlüs təmsilçisinin 24 yaşlı futbolçunu  mövsümün sonunda 12 milyon avrolya birdəfəlik almaq şərti ilə icarəyə götürdüyünü qeyd edib.

Artıq futbolçu tibbi müayinədən keçib. "Sevilya" oyunçunun bu mövsümlük maaşını da qarşılayacaq.

 Lokonqun "topçular"la müqaviləsi daha iki ildir.

Lokonqa məşhur "Anderlext" akademiyasının yetirməsidir. O, 2021-ci ildə "Arsenal"a keçdi, lakin Mikel Artetanın başlanğıc oyunçusu olmağı bacara bilmədi.







Transfer