- Transfer
- 21:53 26.11.2024
"Bavariya"nın hücumçusu Kinqsli Koman yay transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az "L'Equipe"yə istinadən xəbər verir ki, "Bavariya"nın yeni baş məşqçisi Vinsent Kompani 28 yaşlı futbolçunu gələcək planlarında düşünmür. Münhen klubunun rəhbərliyi də fransalı futbolçunu müntəzəm zədələndiyi üçün satılması barədə qərar qəbul edilib.
2023/24 mövsümündə Koman bütün turnirlər daxil olmaqla 27 matçda meydana çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib. Komanın "Bavariya" ilə müqaviləsi 2027-ci ildə başa çatır. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.