22 oktyabr 2024. Çərşənbə axşamı

"İnter" "Verona"nın müdafiəçisini istəyir


  • Transfer
  • 23:56 11.07.2024
  • Oxunma sayı: 95
"İnter" "Verona"nın müdafiəçisini istəyir

"Verona"nın kolumbiyalı müdafiəçisi Xuan Kabal karyerasını "İnter"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O  ötən mövsüm yaxşı çıxış edərək “İnter”in diqqətini çəkən 23 yaşlı futbolçunun mümkün transferlə bağlı artıq danışıqlara başladığını qeyd edib.

2023/24 mövsümündə Kabal İtaliya çempionatının 22 oyununda iştirak edib və altı sarı vərəqə alıb. Transfermarkt portalının məlumatına görə, müdafiəçinin dəyəri üç milyon yarım avrodur.







Transfer