- Transfer
- 18:40 23.11.2024
"River Pleyt"in yarımmüdafiəçisi Ezekiel Barko karyerasını Moskva "Spartak"ında davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder İvan Karpo "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
O tərəflərin sövdələşmə üzrə danışıqları uğurla başa çatdırdığını və Argentina klubu bu transferdən 14 milyon avro qazanacağını qeyd edib. Yarımmüdafiəçinin "qırmızı-ağlar"la əmək müqaviləsi üç il müddətinə olacaq.
Həmçinin qeyd olunur ki, futbolçunun maaşı illik 2,5 milyon avro olacaq. Ezekiel bu il "River Pleyt"in heyətində 28 oyuna çıxıb.
Yarımmüdafiəçi iki qol vurub və yeddi məhsuldar ötürmə edib.