25 dekabr 2025. Cümə axşamı

“Çelsi”ni Fransa nəhənginə dəyişə bilər


  • Transfer
  • 14:04 12.07.2024
  • Oxunma sayı: 199
“Çelsi”ni Fransa nəhənginə dəyişə bilər

İspaniya millisinin və “Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurella karyerasını Fransa çempionatında davam etdirə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike təcrübəli futbolçunun xidmətində maraqlıdır. Mütəxəssisi müdafiəçinin 2024-cü il Avropa çempionatındakı çıxışı ilə maraqlanıb.

Mark Almaniyada keçirilən turnirdə İspaniya millisinin əsas oyunçusudur. Kukurellanın transfer qiyməti 25 milyon avro qiymətləndirilir. Futbolçunun "Çelsi" ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Ötən mövsüm Premyer Liqada Mark 21 oyun keçirib və 2 məhsuldar ötürmə edib.







Transfer