- Transfer
- 18:40 23.11.2024
Daha əvvəl “Portu”da çıxış edən iranlı hücumçu Mehdi Taremi karyerasını İtaliya çempionatında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu bundan sonra "İnter"in uğurları üçün çalışacaq. Bu barədən klubun rəsmi saytı məlumat yayıb.
Taremi "neradzurri"yə azad agent kimi keçib. O, İtaliya klubu ilə 3 illik əmək müqavilə imzalayıb.
Xatırladaq ki, Mehdi 2020-ci ildən “Porto”nun rənglərini qoruyur. Ötən mövsüm hücumçu 35 matçda iştirak edib, 11 qol vurub. Onun bazar dəyəri on milyon avro qiymətləndirilir. A Seriyasının ötən mövsümündə “İnter” vaxtından əvvəl çempionluq titulunu qazanıb.