23 oktyabr 2024. Çərşənbə

"Nyukasl" "Everton"un hücumçusunun transferində israrlıdır


  • Transfer
  • 13:36 13.07.2024
  • Oxunma sayı: 104
"Nyukasl" "Everton"un hücumçusunun transferində israrlıdır

İngiltərənin "Nyukasl" klubu "Everton"un hücumçusu Dominik Kalvert-Lyuinin transferini tamamlamağa çalışır.

90deqiqe.Az "Footy Inside"ə istinadən xəbər verir ki, "sağsağanlar"ın "şirniyyatlılar"la danışıqlarda uğursuzluğa düçar olsa da, buna baxmayaraq, dayanmaq fikrində deyillər. "Nyukasl" "Everton"la müqaviləsinin bitməsinə cəmi bir il qalmış hücumçunu imzalamaq üçün bir yol tapmağa çalışır.

Xatırladaq ki, Kalvert-Lyuin də “Mançester Yunayted”in maraq dairəsindədir.

Transfermarkt 27 yaşlı ingilisin bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir. Son Premyer Liqada hücumçu yeddi qol vurub, iki məhsuldar ötürmə edib.







Transfer