- Transfer
- 18:40 23.11.2024
PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Xavi Simons karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az-ın “Mirror”a istinadən məlumatına görə, "qırmızı şeytanlar" 21 yaşlı futbolçunu Paris klubundan icarə əsasında heyətinə qatmağı nəzərdən keçirir. Bu barədə “Mirror” xəbər verir.
Mankunianların baş məşqçisi Erik ten Haqın Simonun nümayiş etdirdiyi futbolu bəyəndiyi vurğulanır.
“Avro-2024-ün yarımfinalında İngiltərə ilə oyunda Xavi xoşuma gəldi. Onun hərəkəti, qol vurma ehtirası və [meydançada] vəziyyətlərə reaksiyası yüksək səviyyədədir.Onun oyununda demək olar ki, Cənubi Avropalı bir əzmkarlıq var”, - Ten Haq bildirib.
Xatırladaq ki, Simons ötən mövsüm RB Leypsiqdə icarə əsasında çıxış edib. O, bütün yarışlarda 43 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə edib.