23 oktyabr 2024. Çərşənbə

"Milan"ın sabiq hücumçusu İtaliyaya qayıtdı


  • Transfer
  • 14:26 13.07.2024
  • Oxunma sayı: 85
"Milan"ın sabiq hücumçusu İtaliyaya qayıtdı

İtaliya  A Seriyasının yeni klubu "Komo" heyətini 2 yeni futbolçu cəlb edib.

90deqiqe.Az xəbər verir ki, Sesk Fabreqasın rəhbərlik etdiyi komanda "Vulverhempton"un hücumçusu Patrik Kutroneni heyətinə qatıb.

Futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

42 yaşlı ispan qapıçı Pepe Reyna da azad agent kimi  "Komo" klubuna qoşulacaq.

Tərəflərin  bir illik müqavilə imzalayacağı gözlənilir.

Qapıçıdan sonra İtaliya klubu müdafiəçi Rafael Varanla müqavilə imzalayacaq.







Transfer