14 dekabr 2025. Bazar günü

Onana İngiltərədə klubunu dəyişdi


  • Transfer
  • 16:13 13.07.2024
  • Oxunma sayı: 184
Onana İngiltərədə klubunu dəyişdi

Belçika millisinin və "Everton"un yarımmüdafiəçisi Amadu Onana İngiltərə Premyer Liqasının digər klubuna keçir.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu bundan sonra "Aston Villa"nın uğurları üçün çalışacaq.

"Aslanlar" yarımmüdafiəçinin transferi üçün "şirniyyatlılar"a təxminən 60 milyon avro ödəyəcək.

Onana özü artıq birmingemlilərlə uzunmüddətli əmək müqaviləsi bağlamağa razılaşıb.

İngiltərə çempionatının ötən mövsümündə Amadu 30 matçda iştirak edib. Belçikalı futbolçu iki qol vurub və beş sarı vərəqə alıb. Premyer Liqanın son püşkatmasında "Aston Villa" dördüncü yeri tutaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı